“Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planı layihəsinin prioritet məqsədlərindən biridir”, – bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Nazirin sözlərinə görə, paytaxtda yaşıllıqlar xeyli artırılacaq. O, həmçinin bildirib ki, Bakı Bulvarının ərazisinin uzadılması planlaşdırılır. 2040-cı ilə qədər bulvarın uzunluğu 25 kilometrdən çox olacağı gözlənilir.