Bakı Dənizkənarı bulvarı ərazisində quraşdırılan “yurd”da Qazaxıstanın milli yeməyinin – baursakın dequstasiyası keçirilib. Bu haqda 15 avqust axşam saatlarında Report məlumat verib.
Ziyarətçilər, həmçinin Qazaxıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə bulvarda quraşdırılmış alaçıqda Qazaxıstanın həyatı, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Köçərilərin ənənəvi məskənində qonaqlar qazaxların milli geyimi olan ekemayini geyinə, ənənəvi piyalə qabdan çay içə və qazax balının dadına baxa biliblər. Ziyarətçilər, həmçinin tərkibində qurudulmuş pendir və kəsmiyin olduğu kurtun (kurut) dadı ilə tanış olublar.
Avqustun 6-da Bakıda quraşdırılan yurd ayın sonuna kimi fəaliyyət göstərəcək. Dequstasiyalar ilə yanaşı, qonaqlar Qazaxıstanın etnoturizm, xizək kurortlarına turlar və digər turistik imkanları haqqında məlumat ala bilirlər. Bununla yanaşı, Qazaxıstanın turoperatorları ilə Azərbaycanın turizm şirkətləri arasında B2B görüşlərin təşkili nəzərdə tutulub.
[caption id="attachment_59140" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]