Bakı bulvarında maraqlı mənzərə yaranıb. Bu barədə bu gün, 9 fevral tarixində Bakuplus.az xəbər verir.
Xəzər dənizində suyun səviyyəsi getdikcə enir. Suyun çəkilməsindən sonra xoşagəlməz mənzərə ilə yanaşı, illər əvvəl batan gəminin qalıqları da bulvar sahillərində üzə çıxıb.
Qeyd edək ki, mavi Xəzərin ötən əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Həmin vaxt suyun səviyyəsi bugünkündən 70 sm aşağı olub. Bu da son 400 ildə ən aşağı göstəricidir.