Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə “Lökbatan” dairəsində xaotik vəziyyətə son qoymaq məqsədilə əməli işlər görüb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az AYNA-ya istinadən məlumat verir.
Burada inşa edilən Bakı Cənub Avtostansiyası işlək vəziyyətə gətirilib. Hazırda avtobuslar avtostansiyaya cəlb edilir.
Ərazidə piyada keçidləri yenidən təşkil olunub, yol cizgi xətləri çəkilib, yol nişanları və məhəccərlər qoyulub.
Nəticədə qeyri-qanuni sərnişindaşımanın qarşısının alınması istiqamətində mühüm addımlar atılır, sərnişinlərin tələblərə cavab verən avtovağzaldan yola düşməsi təmin edilir.
[URIS id=98726]