Bakı Dövlət Universitetinin alimi vəfat edib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Təhsil ocağının tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə 87 yaşında dünyasını dəyişib.
Elm xadiminin 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb, Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, eləcə də informatika üzrə Beynəlxalq olimpiada komandasının rəhbəri olub.
Ramin Mahmudzadə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.