Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəfat edib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev 75 yaşında dünyasını dəyişib. O, 1947-ci ildə Bakıda anadan olmuşdur.
Ayaz müəllim "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib. Həmçinin Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.