Bakıda ucuz qiymətə satılan ətin mənşəyi bəlli olub. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Sosial şəbəkələrdə 10 AZN-ə mal ətinin satılması ilə bağlı videogörüntülər yayılmışdı. Bu da insanların marağına səbəb olmuşdu.
Araşdırma zamanı məlum olub ki, Nəsimi rayonu, Alı Mustafayev, 37 ünvanında yerləşən marketdə malın qol əti adı altında camış əti satılırmış. Bununla bağlı müvafiq sertifikat da mövcuddur.
Satıcılar isə müştərilərin əti bəyəndiklərini və yenidən gəlib aldıqlarını vurğulayıblar. Onlar ətlərin xaricdən gəldiyini qeyd ediblər.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.