Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş Hacıqabul sakininə hökm oxunub. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Nizami Rayon Məhkəməsinin qərarına əsasən, 22 yaşlı Taleh Mərdanov (adlar və soyadlar şərtidir) 3 il müddətinə azadlıqdan məhrum edilib.
Taleh və dostu Murad “TikTok” sosial şəbəkəsində tanış olduqları Gülnaz Quliyeva və onun 13 yaşlı tanışı Sədəflə görüşüblər. Onlar birgə dəniz sahilinə gedərək istirahət ediblər. Daha sonra Muradın Nizami rayonu ərazisində yaşadığı evə gəliblər. Burada 13 yaşlı qız könüllü şəkildə Talehlə intim münasibətdə olub.
13 yaşlının valideynləri hadisədən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər və cinayət işi açılıb.
Məhkəmədə Sədəf və valideyni Talehdən şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildiriblər.