Bakıda sıxlıq səbəbindən 138 sərnişin avtobusu gecikib. Bu haqda 13 iyul tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Səhər saatlarında yaranan tıxaclar səbəbindən paytaxt ərazisində 44 marşrut xətti üzrə 138 avtobusun hərəkətində gecikmə müşahidə olunub. Sərnişindaşımalar 5-20 dəqiqə arası ləngiyiblər.
Avtobusların nömrələri və hərəkət etdikləri istiqamətlərin siyahısına baxmaq mümkündür.