Bakının Yasamal rayonunun Zivər bəy Əhmədbəyov küçəsi, 52 ünvanındakı tarixi məhəllədə 1890-cı illərin sonu - 1900-cü illərin əvvəllərində tikilmiş yaşayış binası sökülür. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.
Azərbaycan Memarlar İttifaqının məlumatına görə, qurum 2022-ci ilin əvvəlində dövlət tərəfindən mühafizə olunan abidələrin reyestrinə daxil edilmək üçün tarixi-memarlıq dəyərli əlamətləri olan tikililərin siyahısını tərtib edib və bu ev də onların sırasındadır.
“Bundan aşağıdakı dövlət strukturları: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti xəbərdar olunub. Lakin bina artıq hasara alınıb. Son məlumatlara görə, Memarlıq və Şəhərsalma Komitəsi bu memarlıq binasını qoruyub saxlamaq niyyətindədir, biz hadisələrin inkişafını izləyəcəyik”, - deyə qurumun rəsmisi qeyd edib.
[URIS id=92291]