Bakıda 2 müntəzəm marşrutun hərəkət sxemləri alternativ küçələrlə təşkil ediləcək. Bu haqda BakuPlus.az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən bu gün, 31 avqust tarixində xəbər verir.
Bu gün saat 09:00-dan 2 sentyabr saat 20:00-dək Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 2 müntəzəm marşrutun (149 və 164 nömrəli) hərəkət sxemləri alternativ küçələrlə (Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Vaqif Ələkbərov küçəsi - Emin Quliyev küçəsi - Şahlar Əsgərov küçəsi) təşkil ediləcək.