Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
11 fevral tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim külək əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz isə 15-20 dərəcə isti olacaq.