Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az məlumat verir.
Avqustun 6-dan, şənbə günündən başlayaraq avqustun 9-u çərşənbə axşamına kimi Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti ilkin olaraq 15-20 m/s-ə çatacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı düşəcək. Havanın dəyişkən buludlu olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.