Həftəsonu Bakıda yolları buz bağlama ehtimalı var. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
8 yanvar tarixindən başlayaraq paytaxtda hava yağıntılı keçəcək, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. 8 yanvar axşam saatlarından 12 yanvar tarixində qədər yolların buz bağlaması ehtimalı var.