Bakıda 5 nəfərin ölümünə səbəb olan avtoqəza barəsində toplanmış sənədlər məhkəməyə göndərilib. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
19 yaşlı Mahmud Əzizov haqda cinayət işi hakim Məhəmməd Əkbərovun icraatına verilib.
13 oktyabr 2021-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunda yük avtomobili sərnişin avtobusu ilə toqquşmuşdur. Nəticədə 5 nəfər ölmüş, 21 nəfər xəsarət almışdır.