Bakıda gənc qızın burnundan muncuq çıxarılıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
19 yaşlı Xədicə Zərbəliyeva baş ağrıları və qaymorit şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı onun burnunda çəpər əyriliyi, balıqqulağı hipertrofiyası olduğu, həmçinin pasiyentin burnunun sağ tərəfində yad cisim (renorit) aşkarlanıb. Yad cisim uzun müddət qalıb özünə yer etdiyindən, burun suyundakı duzların çöküntüsü sayəsində balaca muncuq girintili-çıxıntılı böyük daşa çevrilib.
Əməliyyatdan sonra məlum olub ki, gənc qız 9 il əvvəl öz əli ilə burnuna muncu soxub, ancaq qorxudan bu haqda heç kimə deməyib.
Hazırda o, özünü yaxşı hiss edir.