Paytaxtın Suraxanı rayonunda adam öldürən şəxs barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Məhkəmənin qərarı ilə 37 yaşlı Səbuhi Zülalov 17 il müddətinə azadlıqdan məhrum edilib.
S.Zülalov ötən ilin sentyabr ayında tanışı Əfqan Qədəşovu bıçaqla qətlə yetirmişdir.