Bakıda yeniyetmə qızın evdən qovulması ilə bağlı araşdırma aparılır. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində 16 yaşlı qızın anası tərəfindən evdən qovulması haqda məlumat yayılıb. Belə ki, 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan yeniyetmənin müxtəlif ünvanlarda gecələməli olduğu bildirilir.
Komitə məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.