Bakıda anadan olan Rusiya yazıçısı koronavirusdan vəfat edib. Bu haqda 3 dekabr tarixində APA məlumat verib.
Rusiya yazıçısı İlya Ştemler Sankt-Peterburq şəhərində, 89 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.
İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının əməkdaşı Pyotr Ştemlerin ailəsində anadan olub. O, texniki təhsil alsa da, özünü ədəbiyyata həsr edib. “Qalmaq üçün getmək”, “Taksopark, Univermaq, Arxiv” və başqa əsərlərin müəllifidir.