Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda növbəti reydlər aparıb. Bu haqda bu gün, 22 dekabr tarixində agentliyin mətbuat xidməti məlumat verib.
Verilən məlumata görə, yoxlamalar zamanı Səbail, Yasamal, Nəsimi, Xətai rayonlarında 6 aptek, Xətai rayonunda 2 market qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsinə görə cərimələnib.
Bununla yanaşı, Nərimanov və Xətai rayonlarında 4 iaşə müəssisəsi analoji nöqsanlara görə cərimələnib.