Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) marketlərdə və iaşə obyektlərində yoxlamalar keçirib. Bu haqda bu gün, 19 noyabr tarixində Bakuplus.az agentliyin mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən reyd zamanı Səbail rayonunda yerləşən “Star market” obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsinə görə, Nəsimi rayonunun “Sevimli Dad” marketi isə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbuluna görə cərimələnib.
Analoji nöqsanlara görə Xətai rayonunda yerləşən “Movida Plaza” şadlıq sarayı, Nərimanov rayonundakı “Berlin Dönər” və Səbail rayonunundakı “Mix Point” kafesi cərimələnib.
Tədbirlər davam edir.