Bakıda marşrut xətlərinin sayı azaldılmalıdır. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirir ki, hazırda Bakıda 180 marşrut xətti fəaliyyət göstərir və onların sayı 100-ə endirilməlidir.
“80 marşrut xətti əhalinin 81-82%-ni əhatə edir. onların saylarının azaldılması nəzərdə tutulur. Ümumi marşrut xətləri üzrə düşən ortalama avtobus sayı isə artmalıdır", – deyə o qeyd edib.
O, bu nəticələrə Bakının rəqəmsal əkizində simulyasiya olunandan sonra gəldiyini bildirib.
“Yeni marşrut şəbəkəsində sürətlənmə kifayət qədər yüksəkdir. Əhatəliliyi isə 92-93%-i keçir”, – deyə Anar Rzayev əlavə edib.
Bundan əlavə, o, sərnişin daşıyıcılarına maliyyə dəstəyi olacağını da vurğulayıb.