Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurov hakim qarşısına çıxacaq. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 26 may tarixində xəbər verir.
Sözegedən cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Hadisə Xəzər rayonunda baş vermişdir. Bu ilin yanvar ayında 4 yaşlı Məryəm Hüseynlini döyərək öldürülməkdə şübhəli bilinən Mehman Mansurov saxlanılmışdır.