Bakının Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 10 iyun tarixində
Qafqazinfo məlumat verib.
Ötən gecə Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-nin quyusunda quraşdırılmış mancanaqdan 58 yaşlı Xacarxanım Məmmədovanın meyiti tapılıb.
İlkin araşdırma zamanı mərhumun paytaxt sakini olduğu müəyyən edilib. Əllərini yumağa çalışan qadının boynunun quyunun hərəkət edən dirsəkləri arasında ilişib qalması səbəbindən dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.