Hava şəraiti ilə əlaqədar paytaxtın əsas prospektlərindən bəzilərində sürət həddi endirilib. Bu haqda bu gün, 16 noyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ dairəsi - Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
“Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar”- deyə qurum əlavə edib.