Bakının Binəqədi rayonunda "Baksol" yolu dekabrın 16-sı saat 10:00-dan 18 dekabr saat 22:00–dək hərəkət üçün bağlı olacaq. Bu haqda bu gün, 13 dekabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məhdudlaşdırmalar təmir işləri ilə bağlıdır.
Qurum sürücülərə əvvəlcədən alternativ yollardan istifadə etməyi tövsiyə edir.