Bakıda və Abşeron yarımadasında bir neçə gün hava dumanlı olacaq. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Paytaxtda və Abşeron yarımadasında fevralın 12-si axşamdan 15-dək fasilələrlə duman olacağı gözlənilir. Bu səbəbdən də magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.