Paytaxtın Yasamal, Nəsimi, Nərimanov rayonları ərazisində fəaliyyət göstərən bəzi restoranlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən cərimələnib. Bu haqda BakuPlus.az nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 26 iyul tarixində xəbər verir.
Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı “Gülüstan”, “Sofiya”, “Şəki” ictimai iaşə obyektlərindən havaya normadan artıq tullantıların atıldığı müəyyən olunub.
Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən, sözügedən obyektlərin sahibləri cərimə ediliblər.
Ölkə ərazisindəki ictimai iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.