Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutulub. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan vətəndaşı Marvud Vaqifzadə 2021-ci ildə “World Telecom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən vəzifəsindən istifadə edərək külli miqdarda özgənin əmlakını ələ keçirib və ölkədən qaçıb.
O, Almaniyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.