Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsimi məntəqələrində yoxlamalar keçirib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az AQTA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən reyd zamanı Binəqədi, Sabunçu və Xətai rayonlarında 15 məntəqədə qanun pozuntuları aşkarlanıb. Həmin məntəqələrdə qanunsuz metal konstruksiyalar sökülüb, rəhbərlik məsuliyyətə cəlb olunub. Yoxlamalar davam edir.