Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları növbəti heyvan kəsimi məntəqələrində monitorinqlər keçiriblər. Bu haqda qurumun mətbuat xidməti bu gün, 25 avqust tarixində məlumat verib.
Keçirilən reyd nəticəsində 24 avqust tarixi ərzində Bakının Yasamal və Xətai rayonlarında 17 heyvan kəsimi məntəqəsində qanunsuz metal konstruksiyalar sökülüb.
Ümumilikdə reyd zamanı ölkə ərazisində 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 30 məntəqədə isə kəsim qurğuları sökülüb.