Daha bir neçə marşrut xəttinin avtobusları nağdsız ödənişə keçib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
“BakıKart” sisteminə keçən xətlər aşağıdakılardır:
- NZS yaşayış massivi – Sabunçu qəsəbəsi – Ə.Əliyev küçəsi marşrutu ilə hərəkət edən 22 nömrəli;
- Sabunçu dəmiryol stansiyası və “Dərnəgül” metro stansiyasını əlaqələndirən 93 nömrəli avtobus.
Adıçəkilən marşrutlarda yeni sistem müvafiq olaraq 27 və 28 yanvar tarixlərindən etibarən qüvvəyə minəcək.