Bakıda koronavirusa görə daha iki məktəb bağlanıb.
APA-ya istinadən oktyabrın 19-dan "Ankara məktəbi" məktəb-liseyi 2 həftəlik distant təhsilə keçib. Liseydə koronavirusa yoluxan müəllim və şagirdlərin sayı çox olduğuna görə bu qərar qəbul edilib.
Həmçinin 245 nömrəli tam orta məktəb distant təhsil formasına keçib. Məktəbdə 12 müəllimi və 5 şagird COVID-19 infeksiyasına yoluxub.
Bundan öncə, Bakıda üç ali təhsil müəssisəsi və bir sıra otra məktəblərdə koronavirus infeskiyası səbəbindən əyani təhsil distant təhsillə əvəz olunmuşdur.