Bakı şəhəri ərazisində narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxta doğru hərəkət edən “VAZ-2108” markalı avtomobil Qaradağ rayon ərazisində saxlanılıb. Nəqiyyat vasitəsindən 10 kiloqram heroin, marixuana və 420 ədəd ekstazi və metadon həbləri aşkar edilib. Avomobili idarə edən Rüfət Xaliqov və sərnişin Elvin Zeynalov tutulublar.
Ümumilikdə isə respublika ərazisində keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 42 nəfər tutulub, 49 kiloqram narkotik maddə və 1000 ədəd ekstazi və metadon həbləri dövriyyədən çıxarılıb.
Aşkar olunan bütün faktlarla bağlı cinayət işləri başlanılıb.
