Bakıda daha bir elektrik mühərrikli marşrut avtobusu xəttə buraxılıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az “BakuBus”a istinadən məlumat verir.
Avtobus “BakuBus”ın istismarında olan 11 nömrəli marşrut xəttində, İ.Əbilov – Dəmiryol vağzalı istiqamətində fəaliyyət göstərir.
Bundan əvvəl analoji avtobus sentyabrda 20-ci sahə – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edən 5 nömrəli marşrut xətti üzrə istismara verilib.
View this post on Instagram