“Zığ” Gəmi Təmiri Zavodunda “Ağdam” gəmi-bərəsi əsaslı təmir olunub. Bu haqda bu gün, 3 yanvar tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Su nəqliyyatının əsas və köməkçi mühərrikləri, eləcə də boru sistemləri və nasosları əsaslı təmir olunub, elektrik quraşdırma və avtomatika işləri aparılıb.
Həmçinin, gəminin xidməti otaqlarında yenidənqurma işləri aparılıb. Sualtı və suüstü hissələri obraziv qumla təmizlənib.
Yoxlamadan uğurla çıxan “Ağdam” gəmi-bərəsi yenidən istismara qaytarılıb.