Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində aparılan təmir işləri zamanı bir neçə ağacın dibi betonlanıb. Bu haqda bu gün, 13 oktyabr tarixində Caliber.az məlumat verib.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı fakt təsdiqini tapıb.
Qurumun əməkdaşları ağacların gövdələrini daş və betondan təmizləyərək suvarıblar. Bundan əlavə, yaxınlıqdakı kafenin əməkdaşlarına ağaclara zərər verməmək barədə xəbərdarlıq edilib, onların təhlükəsizliyinə cavabdeh şəxs təyin edilib.