Bakıda daha bir xəstəxanaya donor orqan köçürülməsi üçün icazə verilib. Bu haqda Oxu.az xəbər verib.
“Bona Dea” Beynəlxalq Xəstəxanası donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən (ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası) tibb müəssisələrinin siyahısına əlavə olunub.
Bu siyahıda dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.