Bakıda vəkillər və müstəntiqlər üçün COVİD-19 infeksiyasının aşkarlanması ilə bağlı yeni diaqnostik məntəqə yaradılıb. Bu haqda bu gün, 12 fevral tarixində Report məlumat yayıb.
Qəbul Bakının Nərimanov rayonu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müzəffər Nərimanov küçəsi, 10 ünvanında (10 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında) yerləşən Təlim Mərkəzində aparılacaq.
Diaqnostika məntəqəsi fevralın 14-də fəaliyyətə başlayacaq və bazar ertəsi və şənbə günləri saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.