Bu gün Bakıda Gənclər Həftəsi çərçivəsində Gənclər və İdman Nazirliyi və AREA-nın birgə təşkilatçılığı ilə dron şousu keçirilib. Bu haqda BakuPlus 1 fevral tarixində xəbər verir.
Bakı İdman Sarayında baş tutan tədbir Azərbaycan bayrağının dronla yüksəkliyə qaldırılaraq Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbirdə dron yarışı, helikopter şousu, "Mən Pilotam 2022" yarışlarının təqdimatı və robot futbol yarışı olub.
Helikopter şousu və robot futbol yarışı xüsusi maraqla qarşılanıb.
Bundan əvvəl, tədbirin keçiriləcəyi ilə bağlı xəbər vermişdik.
[caption id="attachment_31775" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]