Bakıda məktəb direktoruna qarşı dələduzluq edən müəllimə hökm oxunub. Bu haqda 18 mart tarixində Report məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə, dələduzluqda təqsirləndirilən Sahib Şükürova hökm oxunub.
H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Rüstəmova 2021-ci ildə mənimsəmə və digər cinayət faktlarına görə saxlanılıb. Sahib Şükürov Rüstəmovaya sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədini verib. Bunun üçün isə qadından ümumilikdə 168 min manat pul alaraq dələduzluq edib.
Şükürov Cinayət Məcəlləsinin “Külli miqdarda ziyan vurmaqla dələduzluq” və “Rüşvət verməyə təhrik etmə” maddələri ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Sahib Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə il müddətinə azadlıqdan məhrum edilib.