Paytaxt ərazisində elektrik skuterləri üçün infrastrukturun yaradılması prosesinə başlanılıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata əsasən, Bakıda 13 məntəqədə parklanma yerləri təşkil edilib.
Son zamanlar paytaxt ərazisində skuterlərin icrası üzrə xidmət göstərən şirkətlərin sayının artdığını müşahidə etmək olar.
Təhlükəsizlik üçün skuterlər velosiped zolaqlarında saatda 25 kilometrdən çox olmayan sürətlə hərəkət edə bilər. Yol kəsişmələrində isə sürət saatda 15 km/saat təşkil edir.
Bildirilir ki, gələcək vaxtlarda parklarda və digər ictimai yerlərdə skuterləri sürməyə icazə verilməyəcək. Müəyyən edilmiş sürət həddini aşdıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq.