Nəşriyyat rəhbərinin evindən pul oğurlayan xadimənin istintaqı yekunlaşıb. Bu haqda 21 aprel tarixində APA məlumat verib.
Nəsimi rayonunda ötən il “Şərq-Qərb” nəşriyyatının rəhbəri Asəf Mehdiyevin evindən 200.000 ABŞ dolları oğurlanmışdır. Polis əməkdaşların keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə təqsirləndirilən evin xadiməsi Lamiyə Abbasova saxlanılmışdır.
Lamiyə Abbasovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.