Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Oktyabrın 11-i gündüzdən 12-si gündüzədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-14 dərəcə, gündüz 16-18 dərəcə olacaq. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.