Bakı və Abşeronu duman bürüyüb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Dumanla əlaqədar Bakıda və Abşeron yarımadasında görünüş 50-500 m-dək məhdudlaşıb.
“Sürücülərdən dumanlı hava şəraitində daha diqqətli olmaları, yola çıxarkən ehtiyatlı davranmaları xahiş olunur", – deyə paylaşımda bildirilib.