Bakıda gecə saatlarında güclü külək səbəbindən 15 ağac aşıb. Bu haqda bu gün, 20 dekabr tarixində Oxu.az Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Təsərrüfat Birliyinə istinadən məlumat verib.
Qurum əməkdaşları tərəfindən ərazilərə baxış keçirilərək aşan ağaclar həmin yerlərdən götürülüb.