Bakı və Abşeron yarımadasında güclü külək əsəcək. Bu haqda bu gün, 2 yanvar tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Cari günün ikinci yarısından yanvarın 3-ü ikinci yarısına qədər küləyin sürəti 25 m/s-dək güclənəcək.
4 yanvar tarixində isə küləyin sürətinin 23 m/s-dək qalxacağı gözlənilir.