Bakıda “Qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kompaniyası” adlı tədbir keçirilir. Bu haqda bu gün, 25 noyabr tarixində Report məlumat verib.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutur.
Konfransda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak edirlər.
“Qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kompaniyası” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) – 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır.