Zəfər günü münasibətilə Bakının müxtəlif rayonlarında ağacəkmə aksiyaları keçirilib.
Paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında baş tutan aksiyalarda müxtəlif növ 3000-dən çox həmişəyaşıl ağac əkilib.
Yasamal rayonunun başçısı Elşad Həsənov və ictimaiyyət nümayəndələri iştirak etdiyi aksiyada Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkilib.
Paytaxtın Nəsimi rayonunda yenicə təmir-bərpa işlərindən sonra açılışı olmuş Zəfər Bağında İcra Hakimiyyəti rəhbərliyi, Vətən müharibəsi şəhid ailələri və qaziləri, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Nərimanov rayonu ərazisində isə ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni həmişəyaşıl ağaclar əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Binəqədi Rayonu Xocasən gölü ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada 2000 ədəd Eldar şamı və zeytun ağacları əkilib.