Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən “Stefana” geyim mağazasının fəaliyyəti məhdudlaşdırılıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nazirliyin əməkdaşları yoxlama zamanı obyektdə çoxsaylı nöqsanlar aşkar ediblər.
Bu səbəbdən mağazanın fəaliyyəti dayandırılıb, sahibinə müvafiq protokol tərtib edilib.
[caption id="attachment_87378" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]